Tramp İrana qarşı sanksiyaları genişləndirdi

Tramp İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ prezidenti Donald Tramp İranın neft və neft məhsulları tədarükü ilə bağlı sankisaylarını genişləndirib. SİA-nın xarici mətbuata itinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Tramp qərarında əminliklə bildirib ki, bu sənaye ilə bağlı İranla əməkdaşlığı silmək üçün dünyada kifayət qədər neft var: “ABŞ Konqresinə Enerji Departamentindən göndərilən hesabatı, dünyanın iqtisadi şəraitini və bəzi ölkələrdə yanacaq istehsalını artırdığını, dünyada istifadə edilməmiş neft hasilatı potensialı və strateji ehtiyatların mövcudluğunu, nəzərə alaraq, nəticəyə gəldim ki, İranın xaricində digər ölkələr tərəfindən istehsal olunan neft və neft məhsulları kifayət qədərdir”.

Amerika lideri "vəziyyəti yaxından izləməyə" söz verib.

Qeyd edək ki, cari ilin mayın 8-də Tramp, İranla nüvə ilə əlaqədar ortaq Fəaliyyət Planından çəkildiyini açıqlayaraq, bu ölkəyə yeni sanksiyalar tətbiq edəcəyini vəd etdi. Sanksiyaların ilk hissəsi avqustun 7-də qüvvəyə minib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə