Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov Gəncə şəhərinə səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə Gəncədə Rusiya Federasiyasının konsulluğunun açılması təklif edilib. O cümlədən bildirilib ki, ölkənin 2-ci şəhərindən Rusiyanın Moskva və Sank-Peterburq şəhərlərinə təyyarə vasitəsi ilə uçuşlar həyata keçirilir.
Səfir isə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında daima əməkdaşlıq yüksək səviyyədə olub. Artıq iki ölkə arasında 700-dən artıq şirkətlə ticarət əlaqəsi mövcüddür.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB