“Vətəndaş sazişi” partiyasında toqquşmalar yaşanacaq” "JOXOVURD"

“Vətəndaş sazişi” partiyasında toqquşmalar yaşanacaq” "JOXOVURD"

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, yeni seçki kodeksinin qəbulu parlamentdə ikinci dəfə iflasa uğradıqdan sonra, növbədənkənar parlament seçkiləri özündə reytinq sistemini ehtiva edən köhnə kodeks üzrə baş tutacaq. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki,

Reytinq sistemi partiyadaxili münaqişələrə səbəb ola bilər, necə ki. Bu 2017-ci ildə keçirilmiş parlament seçkilərində də baş vermişdi. “Həmin vaxt eyni partiya üzərindən namizədlikləri irəli sürülmüş şəxslər arasında toqquşmalar yaşanmışdı”, deyə xatırladan nəşr həmçinin yazır ki, bənzər hadisələrin bu dəfə də baş verməsi ehtimalı böyükdür: “Münaqişələrin eyni zamanda “Vətəndaş sazişi” partiyasında da yaşanacağını istisna etmək olmaz. Sirr deyil ki, bu partiyanın təmsilçilərinin çoxunu ictimaiyyət heç üzlərindən də tanımır, ona görə də gənc insanlar səs toplamaq üçün müxtəlif avantüralara da əl ata bilərlər. Halbuki, o da aydındır ki, insanlar bu bloka Paşinyanın “xətrinə” səs verəcəklər”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə