Olanları göz qabağındadır... SİYASİ RAKURS

Olanları göz qabağındadır... SİYASİ RAKURS

Yaxud, radikalizmdən doğan gerçəklik

Sirr deyil ki, dağıdıcılıq və anarxiya məqsədlərinə söykənən siyasi radikalizm amilinin yaratdığı bənzər təhlükələrin miqyası genişdir və bunu bir sıra ölkələrin, xüsusilə, “inqilablar” yaşamış bəzi post-sovet ölkələrinin təcrübəsindən də görmək mümkündür. Lakin sonradan hər hansı bir siyasi radikalizmin uğursuzluğu da fakkt olaraq öz sübutunu tapıb.

O da məlumdur ki, Azərbaycanda da siyasi mübarizənin bu üsulundan ənənəvi müxalifət dəfələrlə istifadəyə cəhd edib və nəticə olaraq, istəyinə çatmayıb, eləcə də ictimai rəy qarşısındakı olan-qalan reytinqini də itirməyə məhkum olub. Təkcə, 2003-cü və 2005-ci illərdə baş verən hadisələri xatırlayarsaq, qeyd edilən fikirlərin şahidlərin əsaslılığına söykənə bilərik.

Bu günə qədərki “təcrübə”

Lakin bu gün də saman çöpündən asılı qalan müxalifətin dağıdıcı qanadı “bəlkə də qaytardılar” xam xəyallarına qurşanıb, ictimai rəydə yenidən nüfuz qazanacağını düşünür. Xüsusilə, uğursuz mübarizənin "simvoluna” çevrilmək iddiasını daha çox AXCP-“Milli Şura”nın timsalında görmək mümkündür. Elan edildiyi gündən hazırkı vaxta qədər destruktiv mübarizə yolunu tutan və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunan “Milli Şura” təmsilçilərinin dövlət, demokratik dəyərlər, sivil mübarizə düşüncəsində olduğunu demək ümumiyyətlə, mümkün deyil. Çünki bu günə qədərki “təcrübədə” əsasən radikal çağırışlardan başqa heç nə gözə dəyməyib.

O da gizlin deyil ki, “Milli Şura”nın siyasi ayağısürüşkənliyi ilə məşhur olan sədri Cəmil Həsənli de-fakto "Yurd” sədri Ə.Kərimlinin dirijor çubuğu ilə hərəkət edir. Ümumiyyətlə, Ə.Kərimlinin ipli kuklası, yaxud müqəvvası rolunu oynayan C.Həsənli get-gedə hətta öz tərəfdarları arasında da nüfuzdan düşür, ona qarşı müəyyən iradlar bildirilir. Bu isə AXCP sədrinə müəyyən üstünlüklər verir – “Milli Şura”nın sədri vəzifəsini ələ keçirmək şansını...

Faktiki olaraq, yalnız hakimiyyətə qarşı deyil, eləcə də özləri-özləri ilə də radikalcasına davranan ənənəvi müxalifət “liderləri” məhz bu şakərlərinin qurbanlarına çevriliblər.

Sivil cəmiyyət, radikalizmi rədd edən kəsim heç bir halda onlara dəstək verməyəcək.

Lakin onu da qeyd edək ki, Ə.Kərimli və digər “Milli Şura” yetkililəri yaxşı bilirlər ki, sivil cəmiyyət, radikalizmi rədd edən kəsim heç bir halda onlara dəstək verməyəcək. Bunu ötən illərin təcrübəsində dəfələrlə görmüşük.

Misal üçün, radikal dindarların “Milli Şura”ya niyə cəlb edildiyinin səbəbləri də əslində aydındır. Azərbaycan müsəlman ölkəsidir və din ən həssas məsələlərdən biridir. Bu yolla cəmiyyətə təsir imkanları daha asan ola bilər və üstəlik, kifayət qədər problem vəd edir. “Milli Şura” və AXCP sədrlərinin öz çıxışlarında "Azəraycanda dindarların sıxışdırılmasını”, "inanclı şəxslərə məhdudiyyətlərin tətbiq edildiyini” vurğulamaları da cəmiyyətdə din çətiri altında qarşıdurma yaratmağa hesablanmış təxribat olaraq dəyərləndirilmişdi. Təbii ki, “Milli Şura” bununla heç bir nəticəyə, daha doğrusu, özlərinin gözlədiyi, inandığı mübarizəyə nail ola bilmədi. Azərbaycan tolerant ölkədir və hər kəs bilir ki, burada dini ayrı-seçkilik yoxdur. Əksinə, digər inkişaf etmiş ölkələrdəki dini dözümsüzlüklərə bir nümunədir.

Üzüsulu şəkildə siyasət arenasını tərk etməliydilər

Əsas məqam isə budur ki, “Milli Şura” öz etibarını artıq 2013-cü ildə - təzə yarandığı vaxtda itirmişdi. Əbəs deyil ki, bu qurum yaradılarkən, “ölü doğulmuş uşaq” kimi qiymətləndirildi. Belə olan halda, oradakılar üzüsulu şəkildə siyasət arenasını tərk etməliydilər. Ancaq bu addımı atmadılar. Nəticədə normal düşüncəli ictimai rəy bunların iç üzlərini daha aşkar şəkildə gördü. Bu gün hakimiyyətə qarşı gücsüz olduqlarını dərk edənlər indi də bir-birlərinə qarşı olmazın hücum, təhqir və söyüş kampaniyalarına başlayıblar. Bundan isə təəccüblənməyə də dəyməz. Necə deyərlər, olanları göz qabağındadır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə