Dövlət qulluğu qaydalarını pozanlar cəzalandırılacaq

Dövlət qulluğu qaydalarını pozanlar cəzalandırılacaq
Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərini pozanlar cərimələnəcəklər. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilir.

Maddəyə əsasən, “Dövlət Qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə