Həmsədrlərin regiona səfəri başlayıb

Həmsədrlərin regiona səfəri başlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatı ölkə Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, həmsədrlər Ermənistan müdafiə nazirinin səlahiyyətini icra edən David Tonoyanla görüşüb. Tərəflər cəbhə xəttindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana da səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə