Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında qarşıdakı günlərdə keçiriləcək görüşün məqsədi "barışıq saatı"dır. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya və ABŞ prezidentləri ənənəvi olaraq fikir mübadiləsi aparmaq üçün bir çox mövzulara malikdirlər.
"Strateji sabitliyə, xüsusilə də ABŞ-ın nüvə proqramından imtina etməsi niyyəti ilə bağlı müzakirə ediləcək bir çox suallar var", - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə ölkə başçıları ikitərəfli əlaqələri müzakirə edəcəklər.
Xatırladaq ki, Putin və Tramp noyabrın 11-də Fransanın Paris şəhərində Birinci Dünya Müharibəsinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbir çərçivəsində görüşəcəklər.
Qeyd edək ki, bundan əvvəlki görüş cari ilin iyul ayında Helsinkidə baş tutmuşdu. Həmin görüşdə prezidentlər ikitərəfli və beynəlxalq münasibətlələ bağlı demək olar ki, bütün məsələləri müzakirə etmiş və hətta bəzi sahələrdə razılaşmalar da əldə edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB