Gürcüstanın Mərkzi Seçki Komissiyasının məlumatına görə, saat 12:00-da seçicilərin ölkə üzrə səsvermədə iştirakı 15,95 faiz təşkil edib. SİA-nın verdiyi xəbərə görə, MSK-nın məlumatında bildirilir ki, seçicilərin ən yüksək aktivlik səviyyəsi 27,4 faizlə Ambrolauri dairəsində qeydə alınıb.
Rəsmi məlumata görə, ən az seçici fəallığı Kazbeqidə olub. Burada seçicilərin cəmi 12 faizi məntəqələrə gəliblər.
Bu gün Gürcüstanda prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB