“Mənim prezident seçkilərində zəfərim Rusiya üçün ən pis hadisə idi”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Şimali Karolinada seçkilərlə bağlı keçirilən mitinqdə çıxış edərkən deyib.
“Lakin buna baxmayaraq, Rusiya, Çin, Şimali Koreya və Yaponiya ilə yola getmək yaxşı haldır, pis deyil”, - deyən Tramp Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə baş tutan görüşünü əlavə edib.
Qeyd edək ki, Tramp seçkilərdə Respublikaçı namizədlərin dəstəklənməsi üçün tədbirlərdə iştirak edir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, noyabrın 6-da ABŞ-da Aralıq seçkiləri keçiriləcək. Seçki indiki prezidentlik dövrünün yarısında baş tutduğu üçün ona Aralıq deyilir. Səsvermə zamanı Nümayəndələr Palatasının 435 millət vəkili, 100 senatordan 35-i, 39 əyalət və vilayət qubernatoru yenidən seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB