“Təsir olmadığına görə Ermənistan işğala da son qoymur” AÇIQLAMA

“Təsir olmadığına görə Ermənistan işğala da son qoymur” AÇIQLAMA

"Ermənistana səfər edən ABŞ rəsmisi Con Bolton Yerəvanda bəyan edərək deməsi ki, əgər Ermənistan xarici təzyiqlərə məruz qalmaq istəmirsə Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həllinə nail olmalıdır, fikri əslində Ermənistana ciddi mesajdır". Bunu SİA-ya açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, çünki bundan əvvəldə Amerikanın ATƏT-də ki, həmsədri demişdik ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır: "Üstəgəl Amerikanın Ermənistandakı səfiri eyni sözləri təkrarlamışdı. Demişdi ki, Qarabağ ətrafındakı rayonlar boşaldılmadan Ermənistan nə sülhə nail olacaq, nə də ki, inkişafa. Con Bolton da Ermənistan hakimiyyətinə və cəmiyyətinə bir mesaj kimi göndərib. Bu bir həqiqətdir. Yəni nə qədər ki, işğal faktı var, Ermənistanı sülhdə, inkişaf da gözləmir. Bu da cəbhə bölgəsində hər zaman vəziyyəti gərginləşdirə bilər. Təəssüf ki, amerikalı diplomatdan dediklərini digər iki həmsədr ölkənin diplomatları Fransa və Rusiya demirlər. Elə bunun özü də onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Amerikalı diplomatlar konkret mövqelərini açıqlasalar da təəssüf ki, Ermənistan hakimiyyətinə müəyyən təsirlər yoxdur. Yəni təsir olmadığına görə Ermənistan hakimiyyəti özünü rahat hiss edir və işğala da son qoymur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə