"Ermənilər sosial şəbəkələrdən yalanlarını yaymaq üçün istifadə edirlər"
Yanlış məlumatlarla bağlı sessiyanın ikinci hissəsində biz əsasın münaqişələrin artması və digər məsələlər, onların cəmiyyətə təsirindən söz açacağıq. Müharibə və münaqişələrin artması cəmiyyətdə böyük narahatçılıq doğurur". SİA-nın xəbərinə görə, bunu AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib.
A.Aslanov çox təəssüflə bildirib ki, müasir dövrdə yalan ayaq tutur, yeriyir: "Bu müasir texnologiyalar nəticəsində mümkün olur. Xəbər portalları, sosial şəbəkələrdən müxtəlif maraqlardan istifadə edilir. Əvvəllər informasiya yaymaqla bağll dəqiq, qərəzsiz ə, düzgün kimi meyarlar var idi. Amma indi meyarlar itib. Çoxları artıq informasiyanın bağlı meyarları unudub. Artıq indi mənbələr gizlədilir. Bəzi hallar istisna olmaqla bu suala cavan tapmaq olmur".
AZƏRTAC-ın İdarə Heyətinin sədri söyləyib ki, bəzən mənbə göstərilmədən auditoriyaya yalan məlumatlar sıranır: "Buna "fake news" deyilir. AZƏRTAC heç zaman mənbəsiz məlumatlar vermir. Ona görə də bizim informasiyalar təkzib olunmur. Sosial mediaya yalan xəbərlər mənfəət əldə etmək məqsədilə yayımlanır. Yalan qeyri düzgün informasiya qəsdən deyil, ehtiyatsızlıq üzündən gedir. Heç kim deyə bilməz ki mən belə hallara yol verməmişəm.Təsir əks təsirə bərabərdir. Yanlış məlumatlandırma siyasətinin qorxunc üzü var. İnsanları qarşı qarşıya qoya, müharibələrə səbəb ola bilir".
İdarə Heyətinin sədri deyib ki, Türkiyədə "Zeytun budağı" əməliyyatı zamanı yalan məlumatlar yayılırdı: "Anadolu Agentliyi bu işin arxasınca getdi və gerçəkləri üzə çıxardı. Azərbaycanın da başına belə hallar çox gəlib. Ermənilər öldürdükləri azərbaycanlıların şəkillərini yayıb erməni genosidi kimi təqdim edirdilər. Ermənilər internetdən, sosial şəbəkələrdən yalanlarını yaymaq üçün istifadə edirlər. Düşünürəm ki, insanların çaşdırılmaması üçün onlara yalan informasiyaların yayılması barədə məlumat vermək lazımdır. Məsələn, məktəblərdə bu barədə seminar təşkil etmək olar. Yalan olmasaydı həqiqət də olmayacaqdı. Amma biz jurnalistlər yalana qalib gələ bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB