“Müxalifətin gəlir mənbəyi "siyasi mühacirlər" üçün verilən arayışlardır” AÇIQLAMA
Müxalifət partiyalarının xaricdən maliyyələşəsi mütəmadi olaraq gündəmə gəlib". Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, cəmiyyət müşahidə edir ki, müxalifət liderlərinin yüksək səviyyəli müxtəlif xərcləri mövcuddur: “Rəsmi olaraq da heç bir yerdən əmək haqqı almırlar. Əslində bəlli məqamlar var ki, cəmiyyətin müxtəlif təbəqələri uçun bunlar şübhələr yaradır. Əlbəttə siyasi partiyaların da maliyyə resursları olmalıdır. Bu siyasi partiyalar haqqında qanununda öz əksini tapıb. Bir qədər də məsələyə detallı yanaşsaq qeyd edə bilər ki, əgər siyasi partiyanın arxasında vətəndaşlar dayanıbsa, partiyalar ianələr hesabına, parlament seçkiləri və digər qanuni yollarla öz maliyyə məsələlərin həll edə bilirlər. Lakin adı sadalan müxalifət partiyalarının üzvlərini, partiya sədrinin qohum-əqrəbaları təşkil edir. Hhəmin şəxslər də partiyaya ianə vermir, əksinə olaraq partiyada təmsil olmaq müqabilində pul alırlar. Bəs müxalifət partiyaları hansı yollarla vəsait əldə edirlər? İlk növbədə onu qeyd etmək lazımdır ki, bu vəsaitlər qeyri şəffaf vəsaitlərdir və qeyri qanuni yollarla əldə edilir. Müşahidələr onu göstərir ki, bu yollardan ən əsası məhz seçkilər ərəfəsindən xarici mənbələrdən müxtəlif yollara əldə edilən vəsaitlərdir. Məhz Müsavat başqanı Arif Hacılının və keçmiş başqanı İsa Qəmbərin xaricdən 3 milyon dollar alması barədə mətbuatda yayılan informasiya bu faktı təsdiqləyir. Bu vəsaitlər ilə qruplaşma və tərəfdaşlar formalaşdırlır və s. Müxalifətin başqa bir gəlir mənbəyi siyasi mühacirlər üçün verilən arayışlardır. Vaxtaşırı bu maliyyələşmə metodundan AXCP və Müsavat partiyaları istifadə edir və etməkdə də davam edirlər. Bir neçə gün öncə İqbal Ağazadənin məlum debatda səsləndirdiyi fikirlər, əslində müxalifətdaxili vəziyyəti ortaya qoyur. Bu fakt əslində bu tip həyata keçirilən əməliyyatlardan biridir. Yaxud, Cəmil Həsənlinin bir “siyasi mühacir” haqqında ictimai əsaslarla bu qədər işi görmək mümkün deyil deməsi, bir daha xaricdən bu insanlara dəstək olunması faktını təsdiq edir. Müxalifətin xaricdən maliyyələşməsi hər kəsə bəllidir. Bunu artıq müxalifətçilərin öz dillərində də eşidilməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB