Doğu Akdeniz Universitetinin rəsmi nümayəndəsinin ölkəmizə səfəri başa çatıb
Doğu Akdeniz Universitetinin (DAU) rəsmi nümayəndəsi İmran Muxtarovun Azərbaycana səfəri başa çatıb. Xatırladaq ki, səfər Doğu Akdeniz Universiteti ilə Azərbaycan Tələbələr Birliyi arasında imzalanan əməkdaşlıq memorandumuna uyğun həyata keçirilib.
Birlikdən SİA-ya verilən xəbərə görə, səfər zamanı Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində tələbələr üçün DAU barədə təqdimatlar keçirilib. Bakı Dövlət Universitetində isə rəsmi görüşlər olub.
Azərbaycanın müxtəlif məktəblərində də olan İmran Muxtarov şagirdlər üçün təqdimatlar təşkil edib. Təqdimatlarda ortaya çıxan suallara cavab verilib. İmran Muxtarovun təqdimatlar keçidiyi məktəblərə misal olaraq 132-134, 23, 160, Bakı Oksford Məktəbi kimi məktəbləri göstərmək olar.
Səfər zamanı Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovla da görüşən İmran Muxtarov qarşılıqlı əməkdaşlığın gücləndirilməsi barədə geniş müzakirələr aparıb. Gələcəkdə qarşılıqlı səfərlərin olması da əsas müzakirə edilən məsələlərdən olub.
Azərbaycan Tələbələr Birliyi üzvləri üçün çox böyük güzəştlər təqdim edən Doğu Akdeniz Universiteti ATB-ni strateji tərəfdaşlar siyahısına daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB