“Paşinyan ağlına nə gəldi onu etməyə çalışır” AÇIQLAMA

“Paşinyan ağlına nə gəldi onu etməyə çalışır” AÇIQLAMA

"Paşinyanın əlində heç bir proqram olmadığı üçün hakimiyyət sürüşkən hakimiyyətə çevrilmişdir". Bunu SİA-ya açıqlamasında Millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bundan istifadə edən Sarkisyan və Koçaryan öz tərəfdarları vasitəsi ilə aksiyalar keçirirlər: "Ermənistanda hakimiyyət uğrunda aparılan mübarizə ölkədə qarşıdurma yaradıb. Burada müxalifət daha çevik mübarizə aparır. Paşinyan isə ağlına nə gəldi onu etməyə çalışır. İkinci bir tərəfdən isə xarici qüvvələrin maraqları toqquşur. Əzilən isə xalqdır. Ermənistanda baş verən hadisələr onu deməyə imkan verirki, vətəndaş qarşıdurmasına zəmin yaranıb. Ermənistanda baş verən hadisələrə Rusiyanın seyrçi qalması heçdə təsadüfi deyil. Paşinyanın siyasətinin nəticəsində Rusiyaya münasibət xeyli zəifləyib. Bu baxımdan Rusiya dövləti hələ ki, gözləmə mövqeyində durur. Təbii ki, Rusiyanın da maraqları var, Ermənistandakı hadisələrə. Baş verən qarışıqlıqdan xarici qüvvələr daha çox ustalıqla istifadə edirlər. Seçkilər yaxınlaşdıqca gərginlik daha da artacaq, qarşıdurma güclənəcək, güclü tərəf bundan istifadə edərək, seçkidə qalib gələcək".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə