Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiya Avropa Komissiyasının prezidentinin səfəri ilə bağlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

 

O, qeyd edib ki, G. Ottinger Azərbaycana səfər edəcək Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonu müşayiət edəcək.

 

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri gələn il yanvarın 13-14-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə