YAP Sabunçu rayon təşkilatı bu mövzuda dəyirmi masa keçirib
Bu gün YAP Sabunçu rayon təşkilatında "Son 15 il - müstəqil Azərbaycanın inkişaf və yüksəliş yolu" mövzusunda dəyirmi masa keçirilib. Rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 15 illiyinə və 18 Oktyabr Müstəqillik Gününə həsr olunan dəyirmi masa iştirakçılarına geniş məlumat verərək, bildirib ki, hər iki gün əlamətdar və tarixi gündür: "Bu gün dövlətimiz və xalqımız üçün mühüm tarixi, siyasi bir hadisənin ildönümüdür. 1993-cü ildə xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin cəsarətili və qətiyyəti siyasəti nəticəsində, dövlətimiz mühüm dirçəliş dövrünə qədəm qoydu. Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf etməyə başladı, sabitlik bərqərar olundu və ilk konstitusiyamız qəbul edildi".
M.Abasquliyeva 2003-cü ildə keçirilən prezident sçekilərindən bəhs edərək, qeyd etdi ki, o zaman Ulu Öndər Heydər Əliyev prezidentliyə namizədliyini Cənab İlham Əliyevin xeyrinə geri götürərkən, xalqa müraciət ünvanladı: "Bu müraciətdə Ulu Öndər Heydər Əliyev Cənab İlham Əliyevə hər zaman inandığını, Onun başladığı taleyüklü məsələləri və planları həyata keçirəcəyinə əmin olduğunu və Ona böyük ümidlər bəslədiyini bildirirdi. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin səsinə səs verərək, 2003-cü il prezident seçkilərində mütləq əksəriyyətlə xalq Cənab İlham Əliyevi Prezident seçdi. Ötən 15 il ərzində dövlət başçısı Cənab İlham Əliyev Ulu Öndər siyasətini yeni tarixi və siyasi şəraitə uyğun olaraq davam etdirərək, inkiaşf etdirdi və bu inkişafa zəmin yaradan əsaslı islahatlar bu gün də davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan tarixdə heç vaxt bugünkü qədər qüdrətli və qüvvətli olmayıb".
Sabunçu rayon təşuilatının sədri, həmçinin, Dövlət Müstəqilliyi Günü ilə bağlı danışaraq, bildirdi ki, bu tarixi gün bugünkü müstəqil və firavan yaşamağımızın ən şirin nemətidir: "Mstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da
həmişə bu istəklə yaşayıb. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması aradan qaldırılıb, fəlakət astanasında olan yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib".
Tədbirdə YAP Sabunçu rayon qadınlar şurasının sədri Ramidə İbrahimova Prezident İlham Əliyevin son 15 illik fəaliyyəti dövründə xalqa verdiyi vədlərini - "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikrini bütün əməli fəaliyyəti ilə yerinə yetirdiyini bildirib.
Tədbirdə rayon gənçlər birliyinin üzvü Orxan Daşdəmirli, rayon təşkilatının fəal üzvlərindən Rafiq Məmmədov, Şaməddin Babayev, rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov və başqaları çıxış edərək, diqqətə çatdırıblar ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq və bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB