Ermənistanı tarix boyu mənfəətdən savayı heç nə maraqlandırmayıb
Ermənistan prezidentinin iqamətgahında 12 oktyabr tarixində hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə prezident Armen Sarkisyanla Kanadanın baş naziri Castin Tryudonun görüşü olub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumatına istinadən panarmenian.net saytında qeyd olunub.
Görüş zamanı Ermənistan prezidenti A.Sarkisyan baş nazir Castin Tryudoya Kanadanın Ermənistan üçün çox doğma bir ölkə olduğunu deyib və Kanada xalqının, eyni zamanda Kanada hökumətinin ehtiyac içində olan ermənilərə isti münasibətini qiymətləndirdiyini bildirib. Suriyadan olan həmvətənlərini şəxsən salamladığını da Ermənilərin unutmayacağını söyləyib.
Maraqlıdır, Kanada Ermənistan üçün, Kanada xalqı ermənilər üçün nə vaxtdan doğma ölkə hesab olunub? Hansı köklər, hansı milli mənsubiyyət, hansı dil, hansı ənənə erməniləri kanadalılarla birləşdirir? Nə əsasla ermənilərlə kanadalılar arasında doğmalıq olduğu bildirilir? Bəlkə, hansısa iqtisadi, mədəni əlaqələr, beynəlxalq layihələr birləşdirir bu xalqıarı? Yaxud, bu iki ölkə arasında mövcud ola biləcək perspektivlərə nə vaxtsa, hansısa zəmin yaranıb ki, bundan dünya ictimaiyyəti xəbərsizdir?
Ermənilərin hansısa ölkəyə, xalqa minnətdarlıq etməsinə səbəb yalnız aldığı yardımlardır
Görüş zamanı Kanadanın baş naziri Castin Tryudoya onun atasının etdiklərini də qiymətləndirdiklərini deyən Ermənistan prezidenti A.Sarkisyan, bir vaxtlar baş verən zəlzələdən sonta Ermənistana baş çəkdiyini bildirib və buna görə minnətdarlıq hissini də gizlətməyib. Görəsən, zəlzələdən sonra nələr edilib ki, bunu ermənilər unutmurlar və çox yüksək qiymətləndirirlər? Ehtiyac içində olan ermənilərə Kanada hökuməti nə edə bilərdi? Ermənistanın, ermənilərin ehtiyac içində olduğunu etiraf edən prezident A.Sarkisyanın əslində minnətdarlıq hissinin nəyə görə olduğunu müəyyənləşdirmək, anlamaq çətin deyil.
Ermənistanın, ermənilərin hansısa ölkəyə, hansısa xalqa minnətdarlıq etməsinə yardımlardan başqa nə səbəb ola bilər? Ümumiyyətlə, erməniləri tarix boyu mənfəətdən savayı nə maraqlandırıb? Son vaxtlar, yəni məxməri inqlabdan sonra böyük qardaş, arxa, dayaq hesab etdikləri, bu vaxta qədər sahib olduqlarına və mövcudluqlarına görə minnətdar olduqları ruslara, Rusiya dövlətinə qarşı əks mövqeyə səbəb Qərbin vəd etdiyi mənfəətdən başqa nə hesab oluna bilər? Yoxsa, bu arxa çevirmək demokratiyanın təzahürüdür? Bəlkə, illərlə hər sahədə bəhrələndikləri ruslarla münasibətlər “erməni demokratiyasına” zərbə hesab olunası oldu birdən-birə?
İqtisadiyyatı yox dərəcəsində olan, səfalət içərisində inləyən ölkənin büdcəsi, məsrəfləri yalnız yardımlar hesabına təmin edilirsə, dövlətin mövcudluğu yardımlar hesabına qorunursa, təbii ki, həmin ölkə gözünü yardımlara dikməlidir və dövlət rəsmisi də yardım edənlərə özünün, dövlətinin, xalqının minnətdarlığını çatdırmağa borcludur da. İndi Ermənistan kimi bütün dünya ölkələrinə yük olan bir dövləti dəstəkləməyə görə işğalçı dövlətin prezidentinin minnətdarlıq hissini başa düşmək çətin deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB