"Frankofoniya sammitinin Ermənistanda keçirilməsi bu təşkilatın prinsiplərinə ziddir" ÖZƏL-ŞƏRH

"Frankofoniya sammitinin Ermənistanda keçirilməsi bu təşkilatın prinsiplərinə ziddir" ÖZƏL-ŞƏRH

“Ermənistan kimi dövlətin ərazisində Frankofoniya sammitinin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ermənilər hər oyundan çıxırlar: “İndi millətlərdə, xalqlarda hər cür insanlar olur. Ancaq ermənilər bütövlükdə xəstə təfəkkürə malikdir. Bu xəstəliyin də adı erməni xəstəliyidir. Yəni bunlar özlərini maskalamaq, əsli sifətlərini, əməllərini gizləmək üçün hər cür həyasızlığa, tərbiyəsizliyə, abırsızlığa əl atandırlar. Təbii ki, onlar bu gün də həmin oyunlardan (müxtəlif sərsəm bəyanatlar, tədbirlərlə və s.) çıxırlar. Yəni bu onların bir növ həyat tərzidir. Ancaq heç onlardan da az günahı olmayanlar - onların səsinə səs verib, çağırışına gəlib o tədbirlərdə iştirak edənlərdir. Çünki bu cür tədbirlərdə iştirak edənlər bilirlər ki, ermənilər işğalçıdır, terrorçudur. Hətta onu da bilirlər ki, bu gün onların ərazisində dünyanın ən qəddar terror təşkilatlarının hərbi düşərgələri yerləşir. Həmçinin bilirlər ki, onlar Xocalıda və Azərbaycanın digər işğal olunmuş yerlərində soyqırımı törədiblər. Məhz bunu bilə-bilə gəlib orada iştirak edirlər. Demək həmin şəxslər də o işğalçı ilə həmfikirdilər. Hesab edirəm ki, qınanılası bunlardır. Biz bununla barışmamalıyıq və barışmayacayıq. Biz bu məsələ ilə bağlı o dövlətlərin hamısına rəsmi münasibət bildirməliyik ki, siz görün kimin tədbirinə gəlirsiniz və kimlərə qulas asırsınız”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə