Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Samux rayonuna səfər edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomatı rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və digər rəsmi şəxslər qarşılayıb. Mixal Labenda səfərini ulu öndər Heydər Əliyevin Samuxda ucaldılan abidəsini ziyarətlə başlayıb.
Daha sonra rayon İcra Hakimiyyəti Aparatında ikitərəfli görüş keçirilib. Vilyam Hacıyev polşalı diplomatı səmimiyyətlə salamlayıb, son illər Samuxda aparılan yenidənqurma işlərindən, həmçinin rayonun iqtisadi imkanları haqqında geniş məlumat verib.
Səfirdə Azərbaycanın bölgələrinə səfərini məhz bu rayondan başladığı üçün məmnun olduğunu dilə gətirib. İstənilən sahədə yeni iqtisadi əlaqələrin qurula biləcəyini və bu istiqamətdə müxtəlif layihələrin hazırlanmasının vacibliyindən danışıb.
Səfər zamanı diplomat, həmçinin Heydər Əliyev Fondu və Polşa dövlətinin dəstəyi ilə Sarıqamış kəndində inşa olunan məktəbə də baş çəkib. Şagirdlərlə görüşən səfir məktəbdə yaradılan şəraitlə tanış olub. Jurnalistlərin suallarınıda cavablandıran diplomat Samuxa gəlişindən çox məmnun qaldığını diqqətə çatdırıb: "Mənin Azərbaycanın bölgələrinə ilk səfərimdir. Bu gün burada olmağımdan çox məmnunam. Sevinirəm ki, Azərbaycanın bölgələri inkişaf edir. Heydər Əliyev Fondu ilə hələ bir sıra yeni layihələr üzərində işləməyi düşünürük. Ayrıca kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidə gündəmdədir".
Bununlada Polşa səfirinin Samux rayonuna səfəri başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB