Aytən Mustafayeva: “Bu uğurlar təbii ki, düşünülmüş siyasətin nəticəsidir” AÇIQLAMA
“İlham Əliyev seçkiqabağı səsləndirdiyi bütün sözlərinin, vədlərinin arxasında dayanıb və onları həyata keçirib. Biz onu da görürük ki, Azərbaycanda silahlı qüvvələr necə möhkəmlənir, inkişaf edir. Azərbaycan artıq kosmosa da çıxışını təmin edib və inkişaf edən dövlətlərin sırasına müvəffəqiyyətlə daxil olub”. Bunu SİA-ya açıqlamasında 9 oktyabr 2013-cü ildə Cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi və səsini qazanmaqla Prezident seçilməsindən sonra Azərbaycanda əldə olunan siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurlara münasibət bildirərkən millət vəkili Aytən Mustafayeva deyib.
Onun sözlərinə görə, dünyada iqtisadi böhranın fonunda Cənab Prezidentin rəhbərliyi ilə dərhal qeyri-neft sahələrinin inkişafına böyük diqqət yetirildi və Azərbaycanda kənd təsərrüfatına, istehsalata diqqət yetirilməklə bu sahələrin inkişafına nail olundu: “Artıq Azərbaycan öz məhsullarını dünya bazarına da çox üğurla idxal edir. Azərbaycanda çox uğurlu sərgilər keçirilir. İstehsal olunan məhsullara xarici dövlətlərin necə böyük maraq göstərdiyini də görürük. Azərbaycan 15 il ərzində qlobal layihələrə də imza atıb və həm müəllifi, təşəbbüskarı, həm də maliyyə cəhətdən onları reallaşdıran tərəf olub. Bu Şimal-Cənub xəttidir, hansıki, çox böyük əhəmiyyət daşıyır. Həm Şərq-Qərb istiqamətində, həm də Şimal-Cənub istiqamətində layihələr uğurla həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla yekunlaşıb. Bu dəmir yolu vasitəsi ilə Orta Asiya ölkələrinin mallarının Azərbaycana gətirilib, buradan digər ölkələrə çatdırılması təmin olunacaq. Azərbaycan qazının idxalı, TAP, TANAP layihələri Avropa üçün mühüm əhəmiyyət daşıyır”.
Millət vəkili bildirib ki, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında da Cənab Prezidentin çox böyük rolu var: “Cənab Preziden İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın maraqlarını, mədəni irsini dünyada tanıtmaq üçün çox böyük işlər görüblər. İqtisadi məsələlərdən danışarkən biz onu da deməliyik ki, Davosda Azərbaycanın uğurları xeyli qeyd olunmuşdu. Davos İqtisadi Forumunda dünyanın nüfuzlu ekspertləri Azərbaycanın iqtisadi inkişafını xüsusi ilə qeyd edirlər. Bu uğurlar təbii ki, düşünülmüş siyasətin nəticəsidir”.
İNAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB