“Nikol Paşinyan hələ də gələn ilin may ayında keçiriləcək seçkilərin ləğv edilməsinin və bu prosesin cari ilin dekabr ayı ilə əvəzlənməsinin mənasını açıqlamayıb. Əgər o etiraf etsəydi ki, problem gələn ilin may ayına kimi onun reytinqinin aşağı düşməsindədir. Onda bu daha ədalətli olardı”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu politoloq Aqasi Yenokyan deyib.
Onun sözlərinə görə, hökumət maya qədər olan müddətin onlara yüksək peşəkarlıqlarını nümayiş etdirmək, nüfuzlarını qorumaq və inkişaf etdirmək üçün maneələr yaradığını belə söyləsəydi bu daha dürüst olardı: “Amma bunu sübut etmək üçün bu aylar ərzində hökumət tərəfindən Milli Məclisə sosial-iqtisadi islahatlarla əlaqədar heç bir proqram təqdim edilməyib. Bundan başqa bütün siyasi güclər mayda keçiriləcək seçkiyə hazırlaşırdı. “Vətəndaş sazişi” partiyasından başqa heç bir partiya seçki prosesinə buna hazır olmayacaq. Hətta bu partiyanın da tam şəkildə hazır olacağı şübhə altındadır. Çünki, mən bu partiyanın seçicilərin etibar edəcəyi 100 nəfərdən ibarət siyahı hazırlaya biləcəyinə şübhə ilə yanaşıram. Beləliklə məlum olur ki, dekabr seçkilərinə yalnız tək Paşinyan hazırdır”.
Politoloq qeyd edib ki, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirak etmək və seçkilərin qanuniliyinə qatqı vermək ehtimalı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB