Özbəkistan KTMT-nin MDB-nin daxili problemlərinə müdaxiləsinə qarşıdır
Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müstəqil Dövlətlər Birliyinin (MDB) daxili problemlərinə müdaxiləsinə qarşı çıxır. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı fikrini Moskvada keçirilən KTMT dövlət başçıları toplantısında bir dəfə daha dilə gətirən Özbəkistan prezidenti İslam Kərimov təşkilatın MDB xaricindəki təhlükələrə qarşı mübarizə aparmasını istəyir.
Özbəkistan MDB və KTMT-nin üzvü olan Ermənistanın işğalı altındakı Qarabağ probleminin də bir laqeydlik və səhv yanaşmanın nəticəsi olduğu qənaətindədir. Rəsmi Bakıya bu məsələdəki dəstəyini Azərbaycan prezidenti İlham Əliyevin 27-28 sentyabr tarixlərində Özbəkistan səfərində bir daha dilə gətirən İ.Kərimov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll edilməməsinin əsas səbəbi məsələyə laqeyd yanaşmadır. Qeyd edək ki, Özbəkistan ən son 2009-cu ildə KTMT-nin nəzarətində qurulması nəzərdə tutulan "Təcili Müdaxilə Qüvvələri" razılaşmasına imza atmamışdı.
1992-ci ildə təməli atılan və təhlükəsizlik məqsədi ilə qurulan KTMT-dan Özbəkistan, Azərbaycan və Gürcüstan 1999-cu ildə ayrılıb. Bundan sonra isə təşkilat Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarusla yola davam edib. Özbəkistan uzun müddətdən sonra 16 avqust 2006-cı ildə təşkilata yenidən üzv olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB