Paşinyan rejimi Koçaryanın silahdaşını həbs etdi Samvel Mayrapetyan
Yerevanda sahibkar Samvel Mayrapetyan həbs olunub. SİA xəbər verir ki, bu barədə informasiyanı armtimes.com saytı Xüsusi İstintaq İdarəsinin məlumatına istinad edərək yayıb. “Bununla yanaşı, idarə biznesmenin hansı səbəblər çərçivəsində həbs olunması barədə aydınlıq gətirmir”, deyilən məlumatda bildirilir ki, erməni KİV-ləri bu həbsin birbaşa Ermənistanın ikinci prezidenti Robert Koçaryanla əlaqəli olduğunu yazırlar.
Məlumatda o da xatırladılır ki, Samvel Mayrapetyan “Հ2” telekanalının sahibidir, eyni zamanda inşaat və daşınmaz əmlak sektorunda bizneslərə malikdir. Onun Robert Koçaryanla çox yaxın əlaqələrinin olduğunu vurğulanır.
Qeyd edək ki, son vaxtlar Robert Koçaryanın fəallaşması baş nazir Nikol Paşinyan başda olmaqla, onun komandasını narahat etməyə başlayıb. Koçaryan özü isə həm ona, həm də tərəfdarlarına qarşı repressiv addımların atıldığını iddia etməklə yanaşı, baş verənlərə qarşı susqun qalmayacağını, sona qədər mübarizə aparacağını bəyan edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB