AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cenevrədə beynəlxalq konfransda iştirak edir

AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cenevrədə beynəlxalq konfransda iştirak edir

Bu gün Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə konfransının (UNCTAD) Elm və İnkişaf üzrə Texnologiya Komissiyasının Sessiyalararası Panelinin iclaslarına start verilib.

SİA-nın xəbərinə görə, dünyada elm və inkişaf üzrə texnologiyalara dair ən aktual məsələlərin müzakirəsinə həsr olunmuş sözügedən tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edir.

Konfrans öz işini dekabrın 17-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə