İlqar Məmmədov: “Bəzi QHT təşkilatlarının yaradılmasında məqsəd yalnız qrant almaqdır”- Açıqlama

İlqar Məmmədov: “Bəzi QHT təşkilatlarının yaradılmasında məqsəd yalnız qrant almaqdır”- Açıqlama

Bəzi QHT-lər sənədlərini düzgün hazırlamırlar. Qanunvericiliyin tələblərinə riayət etmirlər. Bunun nəticəsində də bəzən onlara bu məsələ ilə bağlı irad bildirəndə bunu qeydiyyatdan imtina kimi başa düşürlər. Bunu SİA-ya açıqlamasında Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, QHT-lərin formalaşmasında, təşkilatlanmasında məhz onların özlərində problemlər var. O, qeyd edib ki, bəzi QHT təşkilatlarının yaradılmasında məqsəd yalnız qrant almaqdır: "Bu sirr deyil, hamımız bilirik ki, QHT yaradıb, qrant alıb və xərcləyir, QHT-nin fəaliyyətini dondururlar. Bəzi QHT-lər var ki, onların fəaliyyəti və təşkilatçılığı ilə bağlı məlumat almaq olmur. Aydınlaşdıranda görürsən ki, onlar kağız üzərindədir. Qrant alıblar və qrantı xərclədikdən sonra fəaliyyətlərini dayandırıblar. Bu cür QHT-lərin əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı yox, qrant alıb xərcləməkdir".

Son illər QHT-lərə ayrılan qrantların həcmində ilbəil artımın müşahidə olunduğunu deyən Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu il təxminən 22 milyon yarım manatdan artıq qrant Ədliyyə Nazirliyindən keçib. Lakin bütün maarifləndirici işlərə başmayaraq, elə QHT-lər var ki, ayrılan qrantla bağlı hesabatlarını təqdim etmirlər: "İndi bu sahədə işlər aparırıq. O QHT-lər ki, qrantların hansı istiqamətdə xərclənməsi haqqında məlumat vermirlər, həmin təşkilatlar icbari şəkildə məlumatların verilməsinə cəlb olunacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə