Putin: "ABŞ-ın siyasəti dollara olan etibarı azaldır"

Putin: "ABŞ-ın siyasəti dollara olan etibarı azaldır"

“ABŞ-ın sanksiyalarla bağlı siyasəti dünyada dollara olan etibarlılığı azaldır ki, bu da gec tez Vaşinqtona öz təsirini göstərəcək”. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiyanın enerji həftəsi ilə bağlı plenar iclasda çıxış edərkən deyib.

Birləşmiş ştatların böyük strateji səhvə yol verdiyini deyən Putin söyləyib ki, bu addımı atanlar heç nəyin baş verməyəcəyini düşünürlər: “ Bu, hər hansı bir imperiyanın tipik səhvidir. Hansı ki, onlar vəziyyətin hər zaman sabit olacağını və mənfi nəticələrin baş verməyəcəyini düşünürlər. Amma elə deyil mənfi nəticələr gec və ya tez mütləq şəkildə özünü büruzə verəcək”.

Avropa İttifaqının ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinə çıxmaq təşəbbüsünü şərh edən Putin bu addımın gecikdiyini dilə gətirib: “Bu qərar biraz gec oldu. Amma necə deyirlər olmamaqdansa, gec olmağı daha yaxşıdır”.

Putin hesab edir ki, Avropa hazırkı vəziyyətdə İranın nüvə razılaşması ilə əlaqədar “beynəlxalq öhdəliklərini yerinə yetirmək istəyir” və bunun dünya siyasətində sabitlik elementi olduğunu və eləcə də dünya iqtisadiyyatına təsir etdiyini görür.

Rusiya prezidenti xatırladıb ki, Fransa prezidenti Emmanuel Makronun bir müddət bundan öncə Avropa İttifaqının iqtisadi suverenliyinin artırılması və ABŞ-dan asılılığını azaldılması ilə bağlı çıxışını xatırladaraq söyləyib: “Əlbəttə ki, bu düzgündür. Çünki, kimlərsə digər vasitələrdən istifadə etməklə biznesdə rəqabət üstünlüklərini qazanmağa çalışır. Bunun heç kimin xoşuna gəlmədiyini də görürük. Buna görə də, Avropa yaranan vəziyyətlə əlaqədar bir sıra yeni imkanlar haqqında düşünür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə