Sarkisyanın generalı ailəsi ilə ölkədən qaçıb İDDİA

Sarkisyanın generalı ailəsi ilə ölkədən qaçıb İDDİA

Ermənistanın “İrvanuk” nəşrinin yazdığına görə, Respublika partiyasından olan deputat, general Seyran Saroyan evinin qapısını bağlayaraq, ailəsi ilə birgə ölkəni tərk edib. SİA xəbər verir ki, bu barədə onun yaşadığı Eçmiədzində söz-söhbətlər gəzməkdədir.

“Haraya və hansı məqsədlə demək çətindir, lakin belə söhbətlər var ki, o, parlamentin digər deputatı, general-leytenant, “Yerkrap” könüllülər ittifaqının keçmiş sədri Manvel Qriqoryanın həbsindən şoka düşüb və bu hadisəni ağır qarşılayıb, eyni zamanda son bəyanatlarından sonra ictimaiyyət arasında və parlamentdə görünmək istəmir”, deyə erməni nəşri yazır.

“Bəziləri isə deyirlər ki, Seyran Saroyan sadəcə, hansısa səbəblərə görə diqqət cəlb etmək istəmir”, “İrvanuk” qeyd edir.

Xatırladaq ki, Manvel Qriqoryan 1 mart hadisələri ilə yanaşı, qanunsuz silah-sursat, əsgərlər üçün qida, korrupsiya və s. işlərdə ittiham edilərək həbs olunub. General Seyran Saroyan isə Manvel Qriqoryanla yaxın münasibətlərdə olub. Onların hər ikisi sabiq prezident Serj Sarkisyanın ən yaxın ətrafı olaraq tanınırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə