"Türkiyə olaraq PKK-nın İraqda fəaliyyət göstərdiyi yerləri nəzarətimiz altına aldıq”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, indi yeni hədəfimiz Sincardır: “PKK bu ərazilərdə yeni yuva yaratmağa çalışır. Biz buna izn verməyəcəyik. İraq rəhbərliyi də məzhəb idarəsindən imtina etməli və xalqına qulaq asmalıdır”.
Prezident qeyd edib ki, Suriyada isə vəziyyət daha ağırdır: “Yeddi ildir davam edən vətəndaş müharibəsində 1 milyondan artıq suriyalı həyatını itirdi. Bununla bərabər onlarla terror təşkilatı peyda oldu. Bunların hamısının başlarına bəla olduq və olmağa da davam edəcəyik”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB