“Bildiyiniz kimi Azərbaycanda növbəti ildə bələdiyyə seçkiləri kekiriləcək. Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar var. Lakin onların təkmilləşdirilməsinə ehtiyac var”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur: “Dünya təcrübəsində götürsək, heç bir ölkədə bu sayda bələdiyyə üzvü yoxdur. Azəraycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir dairədən 1 millət vəkili seçilir, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Hesab edirəm ki, biz bunu təkmilləşdirilməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək”.
Deputata çıxışı zamanı Azərbaycanda yas və toy mərasimləriilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu dilə gətirib: “Düzdür bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qzanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret olaraq qanun qəbul etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB