"Dövlət strukturları sosial mediada öz akkauntlarını yaratmalıdırlar" TƏKLİF
“2018-ci ildə Azərbaycan dövlət müstəqilliyinin 100 illiyi ilə bağlı keçirilən bütün tədbirlər varislik ənənələrinin qorunub saxlanmasının nümaunəsidir. Həm 28 mayda, həm də sentyabrın 15-də keçirilən parade həm də Milli Məclisin 100 illik yubileyi Azərbaycanın beynəlxalq məkanda təqdim edilməsinin bir vasitəsidir”. SİA-nın xəbərinəgörə, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Bu gün sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı aparılan informasiya müharibəsinə toxunan Z.Oruc bildirib ki, bu gün çox təəssüf ki, informasiya əsas silaha çevrilib ki, hazırda bu vasitədən ölkəmizə qarşı istifadə olunduğunu da görürük.
Onun sözlərinə görə, bu gün yazılı mətbuatvə televiziya yerini yerini sosial mediaya verib: “Bugün “Youtube” kanalına baxanların sayı milyardı keçib. Ölkəmizə qarşı aparılan yanlış informasiyaların qarşısını almaq üçün dövlət strukturları sosial mediada öz akkauntlarını yaratmalı, təbliğatları bu kanal üzərindən aparmalıdırlar. Əgər İran dövlətinin ali dini rəhbərlərinin belə sosial hesabları varsa, demək ki bu, vacib məsələdir. Bu gün Avropada Azərbaycan əleyhinə zəhər axıdanlar varsa, onlara qarşı mübarizə gücləndirilməlidir. Azərbaycanın hər bir parlamentin üzvü, eləcə də digər sahələrdə çalışanlar öz sahələri sahəsində ölkəmizə edilən hücuma cavab verməlidir. Digər ölkələrdə fəaliyyət göstərən bu şəxslər şəxslərin cəzlandırılıb Azərbaycana gətirilməsi daha düzgün olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB