Makedoniyada səsvermə başlayıb
Makedoniyada ölkəni adlandırmaq üçün konsultativ referendum seçkilərinə səs vermə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat açıqlayıb. Komissiyanın xəbərinə görə, səsvermədə 1 806 336 nəfər iştirak edə bilər. Referendum yerli saatla saat 19:00-dək davam edəcək. İnsanlar "Siz Makedoniya Respublikası ilə Yunanıstan Respublikası arasındakı razılaşmaya əsasən AB və NATO-ya üzv olmağı dəstəkləyirsinizmi" sualına cavab verməli olacaqlar. Seçkiləri 12 min yerli 500 xarici müşahidəçi müşahidə edir.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə