S-300-lər Suriyadadır LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinə aid havadan müdafiə sistemlərinin Suriyaya göndərilməsinə start verildiyini deyib. SİA aif.ru-ya istinadən xəbər verir ki, keçirdiyi mətbuat konfransı zamanı Lavrov deyib: “Artıq, S-300-lər Suriyaya çatdırılmağa başlayıb”.

Bundan öncə isə, İsrailin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığında S-300-lərin Suriyaya çatdırılmasının region üçün risk olduğunu demişdi.

Xatırladaq ki, sentyabrın 24-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu İl-20 hərbi təyyarəsinin vurulmasından sonra bəyan etmişdi ki, rus hərbçilərinin Suriyadakı təhlükəsizliklərini qorumaq üçün addımlar atılacaq. Özəlliklə bildirilmişdi ki, Moskva Dəməşqə S-300 komplekslərini verəcək.

Qeyd edək ki, İl-20-nin vurularaq qəzaya uğraması məsələsində Rusiya birbaşa İsraili günahlandırır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə