Trampın zirehli maşını ilk dəfə ictimailəşdirildi ÖZƏLLİKLƏRİ+FOTOLAR

Trampın zirehli maşını ilk dəfə ictimailəşdirildi ÖZƏLLİKLƏRİ+FOTOLAR

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 73-cü Baş Assambleyasına qatılmağa getdiyi xüsusi zirehli avtomobili mediada ilk dəfə görüntülənib. SİA "Takvim"ə istinadən xəbər verir ki, 1.1 milyon dollara başa gələn zirehli avtomobil Amerika mətbuatında "canavar" adlandırılıb.

Belə ki, "canavarın" fotosunu ABŞ-ın Gizli Servisi tvitter hesabından paylaşıb.

Avtomobilin isə xüsusi özəllikləri saymaqla bitmir. Qeyd edilir ki, zirehli maşın biolojik və kimyəvi hücumlara qarşı tam şəkildə qorunur və onun işində oksigen balonu, həmçinin qan itkisinin qarşısını almaq üçün maddələr var. Avtomobilin zirehli şüşələrinin hər birinin qalınlığı 12 sm-dir. Eləcə də hər qaının ağırlığı Boinq 757 təyyarəsinin qapısı ilə eyni ağırlığa malikdir. Maraqlıdır ki, zirehlə müdafiə olunan avtomobilin hücum moduluna keçid imkanları da var.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə