Lavrov-Mnatsakanyan görüşündə nədən danışılıb?

Lavrov-Mnatsakanyan görüşündə nədən danışılıb?

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşüb. SİA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub.

Danışıqlarda əsas diqqət Rusiya və Ermənistanın beynəlxalq forumlar çərçivəsində qarşılıqlı əməkdaşlığına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə