Bahar Muradova: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında, dövlətin formalaşmasında rolu ölçüyə gəlməzdir”-AÇIQLAMA

Bahar Muradova: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında, dövlətin formalaşmasında rolu ölçüyə gəlməzdir”-AÇIQLAMA
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında, Azərbaycan dövlətinin formalaşmasında rolu ölçüyə gəlməzdir". Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova ulu öndərin anım günü ilə əlaqədar verdiyi açıqlamasında deyib.

O bildirib ki, dahi şəxsiyyətlə bağlı fikir söyləyən hər kəs məhz onun gördüyü işlərə, ondan sonra Azərbaycanda qalan izlərə və onun yeritdiyi siyasətin konkret nəticələrinə baxıb və bundan istifadə edərək söyləmək imkanı əldə edir. Onun sözlərinə görə, Azərbaycanın hanısa bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda ulu öndər Heydər Əliyev siyasətinin nəticələrini görürük.

"Ən əsası odur ki, bugünki Azərbaycan dövləti və dövlətçiliyi ümummilli liderin şah əsəridir. Hər bir xalqın, millətin başlıca əldə etməyə çalışdığı və onun qazandığı sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha artıq nailiyyətlər əldə edir. Hesab edirəm ki, bu ulu öndər Heydər Əliyevin ən böyük xidmətidir",- deyə vitse-spiker qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə