Erməni psixoloq Ermənistanın gələcəyindən nikbin deyil

Erməni psixoloq Ermənistanın gələcəyindən nikbin deyil

Miqrdat Madatyan: "Təhsil naziri marixuananın leqallaşdırılmasından, səhiyyə naziri isə uşaq tabutu istehsalından danışır”

Erməni psixoloq Miqrdat Madatyana görə, Ermənistanda bütün sahələr pis vəziyyətdədir. SİA xəbər verir ki, o bununla bağlı fikirlərini “İrvanuk” qəzetinə deyib.

“Məktəblərdən isə ümumiyyətlə, danışmaq istəmirəm, belə ki, təhsil və mədəniyyət naziri Araik Arutunyan marixuananın leqallaşdırılmasının tərəfdarı olaraq çıxış edir”, deyə qeyd edən erməni psixoloqu sözlərini bu cür izah edib: ”Ona görə də mən uşağımı məktəbə göndərmək istəmirəm, çünki sonradan ona marixuanadan istifadə etməyin nəyə görə pis vərdiş olduğunu başa sala bilməyəcəyəm”.

Miqrdat Madatyan səhiyyə naziri Arsen Todosyan barədə də fikirlərini bölüşərək deyib ki, onun rəhbərlik etdiyi sahədə də bənzər mənzərə mövcuddur: “Səhiyyə naziri Arsen Todosyan həmin adamdır ki vaxtilə uşaq tabutları istehsalı barədə danışırdı, indi isə bizim “sağlamlığımızı mühafizə edən” nazirliyə rəhbərlik edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə