Koçaryan Paşinyanı təhdid etdi QARŞIDURMA

Koçaryan Paşinyanı təhdid etdi QARŞIDURMA

Erməni baş nazir onu siyasi meyit adlandırdı

Robert Koçaryan bəyanatları ilə öz siyasi səviyyəsini, siyasi anlayışının dərəcəsini göstərib. SİA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Koçaryanın "Paşinyan mənə baş qoşduğuna görə, peşman olacaq" sözlərinə münasibətini bildirərkən deyib.

"Bu, küçə dava-dalaşı deyil, harada ki, döyülən döyənə "baxarıq, görərsən" təhdidi edir", deyə erməni baş nazir bildirib.

"Ermənistanda daha Robert Koçaryan adlı siyasi faktor mövcud deyil", deyən Paşinyan siyasi meyitlərlə işinin olmadığıını da bildirib: "Bizim siyasi meyitlərlə işimiz yoxdur, lakin siyasi meyit olmaq o demək deyil ki, qanun qarşısındakı cavabdehlikdən yaxa qurtarsın, kim olursa-olsun bu hamıya deyilib".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə