Vladimir Putin: "Krımın Ukraynaya qaytarılması mümkün deyil"

Vladimir Putin: "Krımın Ukraynaya qaytarılması mümkün deyil"

"Heç bir halda Krım Ukraynaya qaytarılmayacaq". Bu fikri Rusiya Prezidenti Vladımir Putin Andrey Kanrdaşovun çəkdiyi “Putin” telefimində verdiyi müsahıbəsində bildirib.

V.Putin onu da bildirib ki, Rusiya Krımın Federasiyanın tərkibinə qatılacağı halda sanksiyaların qaçılmaz olacağını bilirdi: "Krım necə qaytarıla bilər və bu məsələni tərəziyə qoyduqda hansı hadisələr baş verər, başqa ölkələrlə münasibətlərin necə olacaq, bütün bunları yaxşı başa düşürdük. Krımda 2 milyon insan yaşayır və böyük əksəriyyəti Rusiya ərazisində yaşamaq istəyir".

Qeyd edəki ki, 2014 cü il 16 mart tarixində Krımda və Sevastopolda referendum keçirildi və əhalinin 90 faizi yarımadanın Rusiyanın tərkib hissəsi olmasına səs veriblər və buna görə ABŞ Rusiyaya “krım sanksiyası “tədbiq edib.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə