Deputat: "İlqar Məmmədovun xoşagəlməz ifadələri onun əqidəsini göstərir" MÜNASİBƏT-ÖZƏL
“Azərbaycan dövləti hər zaman özünün humanistliyi, insanpərvərliyi, ədalətli mövqeyini ortaya qoyaraq bir sıra şəxslərin həbsdən azad edilməsi istiqamətində addımlar atır. Lakin ən pisi odur ki, bəzən həmin şəxslər cəza müəssisəsindən çıxaraq bu humanistliyin əksinə gedir və əsasız şəkildə ittihamlar irəli sürməyə başlayır. Bu şəxslərdən biri də azadlığa buraxılan İlqar Məmmədovdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, törətdiyi cinayətə görə həbs edilən şəxsin humanizm sayəsində azadlığa çıxmasından sonra sərgilədiyi mövqe onun xasiyyətini, əqidəsini, dünya görüşünü, tərbiyəsini ortaya qoymuş olur: “Çox təəssüf ki, İlqar Məmmədov tək deyil, onun kimilərinə dəfələrlə rast gəlmişik. Bu günə qədər həm Ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən çox sayda humanist qərarla bağışlanın azadlığa buraxılanlar var ki, onlar həbsdən azad edildikdən sonra onları əfv edən şəxslərə, dövlətə qarşı xoşagəlməz fikirlər söyləyiblər. Bu artıq onların tutduğu yolu, əqidələrini, məsləyini göstərir”.
İlqar Məmmədov tərəfindən atılan addımların arxasında qərəzin dayandığını deyən E. Məmmədov söyləyib ki, sözügedən şəxs dövlət tərəfindən ona göstərilən humanizmə, əfvə, bağışlanmaya bu cür deyil, yaxşılıqla cavab verməli idi: “Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hər kəsə məlum idi ki, İlqar Məmmədov də cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Bu baxımdan İlqar Məmmədovun həbs olunması ilə bağlı söylədiyi fikirlərin heç biri əsası yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB