Türkiyənin yeni baş konsulu patent sənədini XİN-ə təqdim edib

Türkiyənin yeni baş konsulu patent sənədini XİN-ə təqdim edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürk ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə