Tramp “Twitter”, “Facebook” və “Google”yə qarşı çıxdı

Tramp “Twitter”, “Facebook” və “Google”yə qarşı çıxdı

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bəyan edib ki, “Twitter”, “Facebook” və “Google” kimi şirkət və platformalar qanunsuz hesab edilə bilərlər. Belə ki, onlar Respublikaçılar partiyasının düşüncələrinin və fikirlərinin yayılmasının qarşısını almağa çalışırlar. SİA-nın məlumatına görə, Trampın Ağ evdə jurnalistlərə verdiyi bəyanatını Interfax.ru agentliyi yayıb.

ABŞ prezidenti sözlərini əsaslandırmaq üçün, sonradan “Twitter” sosial şəbəkəsində yazıb ki, “Google” öz saytında öncəki prezident Barak Obamanın millətə müraciətlərinin hər birini dərc edib, lakin Trampın hakimiyyətə gəlişindən sonra bu praktikanı dayandırıb.

“Düşünürəm ki, bu çox ciddi problemdir çünki onlar (adıçəkilən şirkətlər-red.) ölkə xalqının böyük hissəsinin (burada respublikaçılara səs vermiş seçicilər nəzərdə tutulur-red.) düşüncələrini və fikirlərini yaymır, insanlar isə belə halın baş verməsini istəmirlər. Bu, doğru və ədalətli deyil. Bu, qanunamüvafiq hesab edilə bilməz və biz bütün bunlara baxacağıq. Biz sadəcə ədalət istəyirik”, Tramp bəyan edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə