Rusiyadan “SuperCar”

Köhnə buraxılış avtomobillərdən uzaqlaşmaq istəyən Rusiya "supercar"da yenilik edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, super avtomobilin adı "Marussia B2"dir. "Marussia B1"dən fərqli dizayna malik olan avtomobil 3,8-4,2 saniyə ərzində 100 km məsafə qət edir.

 

Bundan əlavə avtomobil 260 km maksimum sürətə malikdir. Avtomobilin ilkin qiyməti 100 min avrodan başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə