Ermənistan mətbuatı ölkənin düşdüyü ağır vəziyyətdən yazır ANALİTİKA-ŞƏRH

Ermənistan mətbuatı ölkənin düşdüyü ağır vəziyyətdən yazır ANALİTİKA-ŞƏRH

Ölkə ictmaiyyəti inqilabçılara və əks-inqilabçılara parçalanıb

Ermənistanda cərəyan edən son proseslər bütövlükdə bu ölkənin düşdüyü ağır və böhranlı vəziyyəti daha açıq şəkildə nümayiş etdirməkdədir. Baş nazir Nikol Paşinyanın zaman-zaman müxtəlif siyasi səhvlər kontekstindən çıxış etməsi, eləcə də onun ətrafında olan bir sıra şəxslərin ümidlərinin doğrulmamasını etiraf etmələri, xalqın kütləvi şəkildə ölkədən çıxması, iqtisadi, sosial durumun getdikcə daha da ağırlaşması medianın gündəmində qalmaqdadır. Xüsusilə, yeni siyasi güclərin də formalaşması bütövlükdə Paşinyan hakimiyyətinə qarşıda ciddi problemlər yaşatmaq ehtimallarını durmadan artırır.

“Joxovurd” nəşri: ““Sasna srer" silahlı qruplaşması partiyaya çevrilir”

Misal üşün, “Joxovurd” qəzetinin yazdığına görə, Ermənistanda daha bir siyasi partiya yaradılacaq və həmin partiyanın adı “Sasna srer” olacaq. Xatırladaq ki, bu partiyanı yaradanlar Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı müqavimət göstərərək, sonradan həbsə məruz qalmışdılar. Partiyanın yaradılmasına gəlincə, “Sasna srer”in fəallarından olan Jirayr Sefilyan və Varuhjan Avetisyan bildiriblər ki, təsis olunacaq siyasi təşkilat növbədənkənar parlament seçkilərində iştirak edəcək. Düzdür, onlar hələlik Paşinya hökumətini dəstəklədiklərini desələr də, erməni siyasi analitikləri bunun bir blef olduğunu deyirlər. Belə ki, “Joxovurd” yazır: “Baxmayaraq ki, Jirayr Sefilyan Nikol Paşinyan hökumətini dəstəklədiyini deyir, 2016-cı ildə Yerevandakı post patrul xidmətinin binasını ələ keçirməkdə ittiham edilən Varujan Avetisyan tamamilə başqa mənadan çıxış edərək, daha çox uzaqlara gedib-çıxır”.

“Əvvəlcə o deyib ki, partiya “Sasna srer” silahlı qruplaşmasının hüquqi davamçısı deyil və xalqın hakimiyyəti əldə edildiyinə görə, silahlı mübarizə səhifəsini bağlayır. Lakin digər tərəfdən, Varujan Avetisyan qeyd edib ki, “Sasna srer” ittiham olunmalı deyil və Serj Sarkisyan hələ ki, hakimiyyətdəki mövqelərini saxlamaqdadır”.

“Sasna srer”: “Silahı yerə qoymayacağıq”

Qəzet yazır ki, radikal yanaşmaları ilə tanınan və 3 polisin ölümünə səbəb olan “Sasna srer” silahlı qruplaşmasının üzvləri Paşinyan hökuməti zamanı azadlığa buraxıldıqdan sonra siyasi yol tutaraq, bu istiqamətdə mübarizə aparacağını desələr də, ilk baxışdan belə görünür: “Onlar siyasətə silahla gedirlər və silahlı mübarizə üsulundan imtina etmirlər. Sadəcə, bu gün bu barədə səsli-küylü bəyanat yaymırlar. Bundan başqa, onlar bu üsula dərhal keçməyəcəklər, məsələn, parlament seçkilərində uduzduqdan sonra yenidən silahlı müqavimətə ələ atacaqlar”.

Mənbələrə əsaslanan “Joxovurd” eyni zamanda yazır ki, “Sasna srer” silahlı qruplaşmasının üzvləri azadlığa çıxdıqdan sonra öz aralarında apardıqları söhbətlərində yeni hökumətə etibar etmədiklərini kəskin şəkildə bildirirlər və Paşinyanı Serjin adamı kimi hesab edirlər: “Bu da elə bir halda baş verir ki, onlar məhz Paşinyanın hakimiyyəti zamanında azadlığa buraxılıblar. Halbuki, Respublika partiyasının iqtidarda olduğu dövrdə hətta yuxularında belə, bunu təsəvvürlərinə gətirə bilməzdilər”.

Bu arada, silahlı qruplaşmanın üzvləri onu da bəyan edirlər ki, Paşinyan hökuməti rus sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi, Rusiyaya verilmiş strateji obyektlərin milliləşdirilməsi, Rusiya telekanallarının yayımının dayandırılması, rusiyayönümlü formatdan imtina edilməsi, eləcə də Qərb ölkələri ilə, həmçinin İranla, Grcüstanla, Çinlə, hindistanla münasibətlərə yenidən baxılması məsələsini gündəmə gətirməlidir.

Görünən isə budur ki, “Sasna srer” silahlı qruplaşması gec, ya da tez növbəti silahlı qiyam hazırlayaraq, hakimiyyətə yiyələnmək məqsədini ortaya qoyulacaq. Yəni Ermənistanı qarşıda daha ağır. acınacaqlı vəziyyət gözləyir, hətta yenidən qan tökülməsi, vətəndaş qarşıdurmasının yaranması an məsələsinə çevrilə bilər.

“Past” qəzeti: “Kimlərsə yeni hakimiyyəti tərifləyirsə “yaxşı”, tərifləməyənlər, hər hansı məmuru tənqid edənlər isə mütləq mənada “pis” - əks-inqilabçı və antidövlətçiyə çevrilir”

Digər erməni mətbu orqanı – “Past” isə yazır ki, ölkə iki hissəyə - inqilabçılara və əks-inqilabçılara parçalanıb. “Bu, nə qədər kədərli görünsə də, faktdır”, deyə yuazan “Past” qəzeti həmçinin qeyd edir ki, kimlərsə yeni hakimiyyəti tərifləyirsə “yaxşı”, tərifləməyənlər, hər hansı məmuru tənqid edənlər isə mütləq mənada “pis” - əks-inqilabçı və antidövlətçiyə çevrilir.

Erməni qəzeti istehza ilə yazr: “Belələrini növbəti mitinq zamanı meydanda asmaq lazımdır. Çünki nəticəyə yalnız sözlərlə nail olmaq olmaz, hətta bu sözlər təhqir və təhdidlərlə bol olarsa. Bundan əlavə, təhdidlər də istənilən qədərdir...”

Rosbalt.ru da Ermənistandakı böhranlı vəziyyətdən yazır: “Paşinyan hər kəsi qoyun buynuzuna necə bağlamağı fikirləşib”

Maraqlıdır ki, br sıra xarici agentliklər də Ermənistandakı mövcud vəziyyətlə bağlı eyni fikirləri bölüşür, Nikol Pşainyan hakimiyyətini sərt şəkildə tənqid atəşinə tuturlar. Məsələn, rosbalt.ru saytının məqalələr bölümündə “Paşinyan hər kəsi qoyun buynuzuna necə bağlamağı fikirləşib” başlıqlı məqalədə deyilir: Hakimiyyətdə olduğu 100 günlə bağlı yeni hökumətin rəhbəri Nikol Paşinyan xalq qarşısında hesabat vermək qərarına gəldi. Fəaliyyətin coğrafi mövqeyi orijinal seçim oldu – onun tərəfindən çağırılan mitinq Respublika meydanında keçirildi. Sual yaranır – nəyə görə mitinq vasitəsi ilə? Görünür ona görə ki, onu hakimiyyətə məhz mitinq fəallığı gətirdi və açıq məkan onun üçün daha “orqanikdir”, nəinki məhdudiyyətlidir. Bundan əlavə, hesabatın formatı seçicilərlə dialoq məsələsini ehtimal etdirmir və bu çox rahatdır: narahatedici suallara cavab verməyə ehtiyac yoxdur. Lakin inqilab eyforiyası aradan çıxdıqdan sonra erməni ictimaiyyətində bu suallar yaranmağa başlayıb”.

“Vestnik Kavkaza”: “Paşinyan hakimiyyəti dövründə Ermənistanda cinayətkarlıq 12.3 faiz artıb”

“Vestnik Kavkaza” isə nevws.am-a istinadən yazır ki, Paşinyanın hakimiyyəti dövründə - 10 maydan 20 avqusta qədərki zaman kəsimində Ermənistanda cinayət faktları 12.3 faiz artıb. Bu barədə Ermənistan polisinin qərargah rəisi Armen Qukasyan hesabatını təqdim edərkən bildirib. Sözügedən yazıda ermənin polis rəisi 100 günün elə də böyük müddət olmadığını bildirir və bu vasitə ilə Paşinyan hakimiyyətinin cinayətkarlıqla mübarizə məsələsində də uğursuzluğa düçar olduğunu gizlətməyə çalışır.

Beləliklə, görünən budur ki, yalnız erməni mediası deyil, eləcə də xarici mətbuat da Nikol Paşinyanın ölkədəki “məxməri inqilab” eyforiyasından sonra bir sıra sahələrdə yarıtmazlığını ortaya qoyur, onun ifşasını reallaşdırırlar. Bütün bunlar isə

Bir istiqamətə - Ermənistanın məhvinə doğru gedən gerçəkliklərdir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə