ATƏT-in Astana sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun sədrliyi ilə GUAM Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Moldova xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Andrey Popov, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkin və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
Xarici İşlər Nazirlərinin Şurası 2010-cu ilin sonunadək təşkilatın fəaliyyət planının yerinə yetirilməsi haqqında informasiyanı nəzərə alaraq, BMT Baş Assambleyasının 65-ci sessiyasının "GUAM məkanınında həlli yubanmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" gündəliyinin 14-cü bəndi çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini və "BMT və GUAM arasında əməkdaşlıq" qətnaməsinin layihəsini müzakirə edib, 2010-2011-ci illər üçün GUAM-a üzv olan ölkələrin diplomatik nümayəndəliklərinin digər beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət planlarının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Xarici İşlər Nazirlərinin Şurası sahə əməkdaşlığı üzrə məsələləri müzakirə edib, 2011-2012-ci illər üçün GUAM-ın sahə işçi qruplarının əlaqələndirici ölkəsinin təsdiq edilməsi və fövqəladə halların xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində birgə komissiyanın yaradılması haqqında qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB