Səhiyyə Nazirliyinin "quş qripi" ilə bağlı rəsmi məlumatından sonra nazirliyin bir qrup əməkdaşı Samux rayonuna ezam olunub. Artıq Taun Əleyhinə Stansiyanın rəis müavini Şair Qurbanov, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəsmiləri rayona gəlib.
Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, rayonda vəziyyət araşdırılır. Bununla bağlı İcra Hakimiyyətidə geniş müşavirə keçirilib. Son vəziyyətlə əlaqədar baş nazirin birinci müavini Yaqub Eyyubov məlumatlandırılıb.
Aparılan monitorinqlərin ilkin nəticələrinə görə, daha öncə ev quşlarının tələf olduğu məhəllələrdə heyvanların təlafatı qeydə alınmayıb. Həmçinin mənzillərdə dezinfeksiya işləri aparılıb. M. Bağırov əlavə edib ki, Dövlət Bytarlıq Xidməti tərəfindən rayona yetərincə dezinfeksiyaedici ləvazimatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB