İqdırda 1915-ci ildə ermənilər tərəfindən şəhid edilən türklərə aid kütləvi məzarlıqlardan götürülən torpaq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən Azərbaycana göndərilib. SİA-nın Türkiyənin "haberler.com" saytına istinadən verdiyi məlumata görə, dərnəyin bir qrup nümayəndəsi bu gün İqdırın Hakmehmet, Oba, Gedikli kəndlərini gəzərək kütləvi məzarlıqlardan torpaq götürüb.
Üç kütləvi məzarlıqdan götürülən torpaq qablara doldurularaq Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanova təhvil verilib. Torpağın ermənilərin Azərbaycanın Quba şəhərində həyata keçirdiyi soyqırımın nişanəsi olan kütləvi məzarlığa tökülməsini istəyən dərnəyin rəhbəri Göksel Gülbay həm Anadolu, həm də Azərbaycan xalqının keçmişdən bu günə qədər ermənilər tərəfindən zərər çəkdiyini söyləyib. O, Ermənistanın nifrət dolu siyasətin öz xalqının inkişafına da maneə törətdiyini deyib: "Ermənilər sülh və rifaha maneə törədir. Niyə İqdırdan torpaq göndəririk? Bütün dünya Anadolu və Azərbaycanda irqçi erməni şəbəkələri tərəfindən şəhid edilən müsəlman türklərin eyni acını paylaşdığını bir daha görmələrini istəyirik. Heç bir güc Türkiyə ilə Azərbaycanın qardaşlığını poza bilməz".
Azərbaycanın Qarsdakı baş konsulu A.Süleymanov da Türkiyə ilə Azərbaycanın dost olduğu, bu dostluğu kimsənin poza bilməyəcəyini vurğulayıb. A.Süleymanov torpaqları Qubadakı kütləvi məzarlığa çatdıracağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB