AXCP sədri danışdıqca, özünü daha çox açığa çıxarmış olur
AXCP sədri Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə saxta profillər açdırıb “siyasət yürütməsi” kimsəyə sirr deyil. Lakin bu arada AXCP sədrinin saxtakarlığını sübuta yetirən daha bir ilginc faktı ortaya çıxıb. Belə ki, Əli Kərimlinin “facebook”dakı çıxışlarından bir neçəsini AXCP gənclər komitəsinin profilində on-on beş nəfər bəyənsə də, onun öz profilindəki videoçıxışını “1,5 min” nəfər “bəyənib”, üstəlik “1.024” nəfər tərəfindən “paylaşım” olunub (?) Sual olunur:əgər Kərimlinin öz profilində bəyənmələrin sayı “mini” ötürsə, bu zaman AXCP-yə məxsus digər profillərdə həmin paylaşımların sayı on-on beş sayla ölçülür? Əslində, bununla bir daha sübut olunur ki, AXCP sədri yalnız özünə təskinlik verir və insanları saxta rəqəmlərlə aldadır, ya da saxtakarlığını həmin yalanları vasitəsi ilə ictimai rəyə zorla sırımaqla məşğuldur. Bu isə Ə.Kərimli barədə yenilik deyil...
Onun maliyyə fırıldaqlarını sübuta yetirən yüzlərlə faktlar mövcuddur
AXCP sədrinin sosial şəbəkələrdəki çağırışlarının nəticəsiz qalması da göz önündədir. O, hər dəfə hakimiyyətə qarşı müxtəlif ittihamlar irəli sürsə də, onların heç birini sübuta yetirə bilməyib. O cümlədən, bu günə qədər onun maliyyə fırıldaqlarını sübuta yetirən yüzlərlə faktlar ictimai rəyin diqqətinə çatdırılsa da, ona əldə etdiyi milyonlarla manat gəlirin haradan əldə edilməsi barədə çoxsaylı suallar ünvanlansa da, həmçinin, bank maxinasiyaları vasitəsi ilə korrupsiya əməlləri tam şəkildə isbatlansa da, nədənsə həmin suallara cavab verə bilməyib. Gedib-gəlib ölkənin neft gəlirləri ətrafında “alimlik” edən AXCP sədri hələ də anlamır ki, rahat şəkildə müxalifətçilik edib pul qazandığı ölkənin sabitliyi məhz dövlətin neft və s. gəlirlərindən əldə edilən vəsaitlər hesabınadır. Çünki bu ona sərf etmir. Çünki özünü müxalifətin “lideri” hesab edir, ona görə də yalan, böhtan, təxribat xarakterli çıxışlar etməyi özünə necə deyərlər, “borc” bilir.
AXCP sədri insanların şüuraltı hisslərinə müdaxilələr edib, özünü bütləşdirməyə cəhdlər göstərir
Başqa tərəfdən, sosial şəbəkədəki söyüş qrupu vasitəsi ilə ona qarşı çıxanları, onu rədd edənləri, siyasətini tənqid edənləri təhqirlər etdirən AXCP sədri sözügedən planının baş tutmadığını görüb, sərsəm-sərsəm çıxışlar edir, insanların şüuraltı hisslərinə müdaxilələr edib, özünü bütləşdirməyə cəhdlər göstərir. Amma alınmır.
Ə.Kərimli anlamır ki, bu gün sərhədlərimizin qorunmasından başlayaraq, Qarabağ və Naxçıvan cəbhəsində düşmənə layiqli cəzalar verən şanlı Ordumuzun regionda ən güclü Silahlı Qüvvələr sırasında yer almasınadək əldə edilən hər bir uğurun əsasında dövlət apardığı uğurlu neft və qeyri-neft siyasəti strategiyası dayanır. Bu pullar bilavasitə dövlətin daha güclü və daha qüdrətli olmasına xərclənib və xərclənməkdədir ki, indi bu siyasətin sayəsində Azərbaycanda müstəqil siyasət yürüdülür, heç bir xarici qüvvələr öz maraqlarını ölkəmizdə reallaşdırmağa cürət etmir. Təkcə, Gəncə hadisələrini göstərsək, Kərimlinin dalana dirənməkdən başqa yolu qalmaz.
Elçibəyə qarşı murdar siyasətin aparıcı “siması”
Onu da xatırlatmaq olar ki, bu həmin “həqiqət axtarışında” olan Ə.Kərimlidir ki, başının üzərindən asdığı mərhum lideri Əbülfəz Elçibəyin portreti altında oturmasına rəğmən, həmin liderinə qarşı ən çirkin kampaniyalar aparıb, onun ölümünə, həyatını itirməsinə səbəb olub. Əbəs yerə deyil ki, bu gün də AXCP sədrinin Elçibəyi zəhərlədərək həyatına sui-qəsd etməsi faktları istintaq tərəfindən araşdırılmaqdadır. Əbülfəz Elçibəyə “siflis xəstəsi”, “içki düşkünü və murdar alkaş” tipli ifadələri də məhz Əli Kərimli AXCP daxilində yaratdığı qiyamçı “Yurd” qruplaşması, həmin qruplaşmanın əlinə keçirdiyi mətbuatlar vasitəsi ilə ictimailəşdirmişdi. Nəticədə o, “liderim” dediyi Elçibəyin sədrlik kreslosunu mənəviyyatdan kənar və ləyaqətsizlik yolları ilə ələ keçirdi və indi partiyasında diktatura rejimi qurub monarxiya idarəçiliyi yürüdür.
Əli Kərimlinin Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!
Ə.Kərimlinin oğlu Türkel Kərimli xarici ölkədə büdcəsi yüz minlərlə ölçülən ali təhsil müəssisəsində təhsil aldı, arvadı Samara isə biznes şəbəkəsi idarə etməkdədir. Ümumiyyətlə, AXCP-də despot siyasəti yürüdən Ə.Kərimli oğlu Türkel Kərimlini də özü kimi milli satqın və şəxsiyyətsizlik timsalında böyüdüb.
Biz, hələ AXCP sədrinin yaxınlarından, tərəfdaşlarından gizlətdiyi biznesləri barədə danışmırıq ki, həmin şəbəkəyə aptek, tikinti və s. profillər aid olunur. Məgər bütün bunlar Kərimlinin AXCP-ni monarxik və avtoritar idarəçilik rejimində saxlaması faktları hesab edilə bilməzmi?! Yaxud, nəyə görə Ə.Kərimli “haqq-ədalət” bağırarkən, dövlətin pulunu “mənim pulum” adlandırarkən, əldə etdiyi yüz minlərlə gəlirlərdən sıravi cəbhəçilərə maaş ödəmir?! Nəyə görə Əli Kərimli erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb qurumlarından aldığı maddi vəsaitləri gizlədir?! Axı lazım gələrsə, həmin faktlar ortaya çıxacağı halda o qarşısına çıxdığı sıravi cəbhəçilərin üzlərinə necə baxacaq?
Əslində, bu onun üçün problem deyil. Siyasi fahişədən hər alçaqlığı gözləməyə dəyər! Məgər o oğlu Türkel Kərimlini ABŞ-da bilavasitə Amerikanın erməni lobbisi tərəfindən təşkil olunmuş ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycan əleyhinə dinləmələrinə göndərərək, qondarma “DQR”in prezidenti Bako Saakyanın oğlunun çıxışına əl çaldırmamışdımı?! Və bütün bunlardan sonra Ə.Kərimlinin Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!
Artıq, bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır...
R.NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB