Siyasi şərhçi: “Prezidentin siyasəti mütləq şəkildə alqışlanmalıdır” ÖZƏL-ŞƏRH

Siyasi şərhçi: “Prezidentin siyasəti mütləq şəkildə alqışlanmalıdır” ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə və s. kateqoriyadan olan insalara dövlətin qayğısı hər mənada alqışlanmalıdır. Xüsusən də cənab Prezident İlham Əliyevin şəxsən özünün bu məsələlərə həssas yanaşmasını biz həmişə təqdir etmişik. Təbii ki, bu addımı da təqdir edirik”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti sosial dövlətdir və özünü təmin etməkdə problemlə qarşılaşan vətəndaşlara daim qayğı göstərilir: “Hətta ölkədə elə bir siyasət yürüdülür ki, bu və ya digər səbəbdən işsiz qalan insanlar da dövlətdən müvafiq məbləğdə maddi dəstək alırlar. Eyni zamanda işlədikləri halda ailələrini təmin etmək üçün yetərincə qazanc əldə edə bilməyənlərə də dövlət maddi dəstək verir. Bu baxımdan Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə maliyyənin ayrılması təəccüblü deyil. Əksinə Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin daha bir bariz nümunəsidir. Cənab Prezidenti şəxsən bu siyasətin önündə gedir.

Biz son günlər müşahidə edirik ki, yenə də qaçqınlar, qazilər üçün yeni mənzillər və avtomobillər verildi. Bütün bunlar dövlətin hesabına qarşılıqsız, təmənnasız edilir. Bu bir daha göstərir ki, Azərbaycan dövləti və onun Prezidenti Azərbaycan xalqının bu və ya digər şəkildə problemləri, dərdələri ilə yanıb-alışan insanların daim yanında olur. Əlbəttə ki, belə bir siyasət mütləq şəkildə alqışlanmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə