Müşfiq Ələsgərli: “Fürsətcillər həmişə olduğu kimi, indi də fəaldırlar" ÖZƏL-AÇIQLAMA
“Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bunu təkcə Azərbaycan hökuməti və ya ölkə içində fəaliyyət göstərən təşkilatlar demirlər. Bu faktı iqtisadi-sosial inkişaf üzrə indekslər hazırlayan beynəlxalq təşkilatlar, o cümlədə Davos Formu elan edir ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, iqtisadi inkişaf sosial inkişafı, o cümlədən əhalinin gəlirlərinin artmasını da stimullaşdırır: “İqtisadi proseslərin öz xüsusiyyətləri var: enmə də olur, yüksəliş də olur. Bu proseslər infilyasiyaya da, əhalinin gəlirlərinə də təsir edir. Ortada tənzimləmə və uyğunlaşdırma mütləq olmalıdır, dünyanın hər yerində belədir. İctimai nəqliyyat da, gündəlik istifadə olunan mallar da əhalinin durumuna, uyğunlaşdırılır. Həmçinin, həm şəhərimizin, ölkəmizin, həm də ictimai xidmət sektorunun daimi yenilənməyə, səviyyəsinin yüksəldilməsinə ehtiyac var ki, bunlar da vəsait tələb edir. Bütün bunlat təbii haldır, qanunauyğunluqdur. Belə məsələləri siyasi müstəviyə çıxarıb siyasi rəng verməyin yeri yoxdur. Təəssüf ki, fürsətcillər həmişə olduğu kimi, indi də fəaldırlar, yaranmış durumu fərqli müstəvidə təqdim etmək üçün əllərindən gələni edirlər. Belələrinə demək lazımdır ki, görülən işi tənqid etmək əvəzinə öz platformanı təqdim et, əgər varsa. Təbii ki, belələrinin heç bir platformaları yoxdur, sadəcə ucuz təbliğatla məşğuldurlar. Məsələ iqtisadi mahiyyətlidir, iqtisadçılar da ona lazımi təhlil verirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB