Lavrov və Zərif Sinqapurda görüş keçiriblər

Lavrov və Zərif Sinqapurda görüş keçiriblər

Rusiya və İran xarici işlər naziri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif Sinqapurda görüş keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xətti ilə keçirilən tədbirlər çərçivəsində baş tutub.

"İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriya problemi, beşinci Xəzər sammitin hazırlıqlar barədə fikir mübadiləsi davam etdirilib", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə